Modern.az

Dünyada ilk: Maral koronavirusa yoluxdu

Dünyada ilk: Maral koronavirusa yoluxdu

Dünya

29 Avqust 2021, 00:44

ABŞ-ın Ohayo ştatında vəhşi maralda yeni növ koronavirus (COVID-19) aşkarlanıb.

 

Modern.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

 

Maralın hansı şəraitdə koronavirusa yoluxduğu bilinmir.

 

Agentlik qeyd edir ki, bununla da koronavirusa yoluxan heyvanların siyahısı genişlənib. Bundan əvvəl ABŞ itlər, pişiklər, pələnglər, aslanlar, bəbirlər, su samurları, qorillaların koronavirusa yoluxduğu barədə məlumat yayıb.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?