Modern.az

Saleh xalqı “Taliban”a qarşı müqavimətə ÇAĞIRDI

Saleh xalqı “Taliban”a qarşı müqavimətə ÇAĞIRDI

30 Avqust 2021, 22:13

Əfqanıstanda ölkəni tərk edən prezidentin səlahiyyətlərini icra etdiyini bildirən vitse-prezident Əmrullah Saleh “Taliban”a qarşı müqavimət aparmağa çağırıb.

 

Modern.az xəbər verir ki, Saleh bu barədə Almaniyanın “Spiegel” nəşrinə yazdığı məktubda bildirib.

 

O, Pəncşirdəki müqavimət cəbhəsinə dəstək istəyib.

 

“Pəncşirdəki Milli Müqaviməti tanıyın və dəstəkləyin”, - deyə Saleh məktubunda yazıb.

 

Qeyd edək ki, “Taliban” Kabili ələ keçirdikdən sonra Saleh konstitusiyanı əsas gətirərək özünü prezidentin səlahiyyətlərinin icraçısı elan edib.

 

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?