Modern.az

Peruda avtobus qəzası: Ölənlərin sayı 29-a çatdı

Peruda avtobus qəzası: Ölənlərin sayı 29-a çatdı

31 Avqust 2021, 22:24

Perunun mərkəzində avtobusun dərəyə düşməsi nəticəsində ölənlərin sayı 29-a çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yazıb.

 

GPS sisteminin qeydlərinə əsasən, avtobus sürət həddini aşıb. Polis qəza yerinin yolun mürəkkəb hissəsində olması səbəbiylə xilasetmə əməliyyatının bütün gün davam edəcəyini bildirib.

 

Qəzaya səbəb kimi sürücünün sükan arxasında yuxuya getməsi ehtimal olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?