Modern.az

İsraildə yoluxma sayı sürətlə artır

İsraildə yoluxma sayı sürətlə artır

3 Sentyabr 2021, 20:11

İsraildə son sutkada 11 210 nəfərdə yeni növ koronavirus (COVID-19) aşkarlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Son 24 saatda yoluxanlardan 32 nəfəri vəfat edib.

 

Beləliklə, təxminən 9,3 milyon əhalisi olan İsraildə ümumi yoluxanların sayı 1 milyon 101 mini keçib. Ümumilikdə 7122 nəfər vəfat edib.

 

Aktiv yoluxma sayı 92 minə yaxınlaşsa da, ağır xəstələrin sayı 667 nəfərdir.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?