Modern.az

Pəncşirin ələ keçirilməsi təkzib olundu

Pəncşirin ələ keçirilməsi təkzib olundu

3 Sentyabr 2021, 22:03

Əfqanıstanın müqavimət qüvvələri “Taliban”ın Pəncşir vilayətinə nəzarəti ələ keçirməsi barədə xəbərləri təkzib edib.

 

Modern.az xəbər verir ki, bu barədə TASS bölgədəki mənbələrinə istinadən məlumat yayıb.

 

Müqavimət qüvvələri deyir ki, bu, əhalini qorxutmaq üçün “Taliban” tərəfindən yayılan şayiədir.

 

“Onlar bir neçə istiqamətdən Pəncşirə girməyə çalışırdılar, ancaq geri çəkilməyə məcbur oldular”, - deyə agentliyin mənbəsi bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?