Modern.az

Blinken Qətərə və Almaniyaya gedir

Blinken Qətərə və Almaniyaya gedir

4 Sentyabr 2021, 00:10

ABŞ Dövlət katibi Entoni Blinken bazar günü Qətərə səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə o, Dövlət Departamentində keçirdiyi mətbuat konfransında məlumat verib.

 

O, Qətərdə ölkə rəsmiləri ilə Əfqanıstandakı vəziyyəti müzakirə edəcək.

 

Blinken Qətərdən sonra Almaniyaya gedəcək və buradakı Ramşteyn aviabazasına baş çəkəcək. ABŞ rəsmisi bazada yerləşdirilən əfqanıstanlılarla da görüşəcəyini bildirib.

 

O, almaniyalı həmkarı ilə Əfqanıstandakı vəziyyəti müzakirə edəcək.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?