Modern.az

Əfqanıstan əhalisini aclıq təhlükəsi gözləyir

Əfqanıstan əhalisini aclıq təhlükəsi gözləyir

8 Sentyabr 2021, 07:00

Əfqanıstanda ərzaq və həyat üçün zəruri olan digər məhsullar tükənmək üzrədir.

 

Modern.az xəbər verir ki, bu barədə BMT-nin humanitar fəaliyyət üzrə koordinasiya idarəsi xəbərdarlıq edib.

 

“Yemək və həyat üçün zəruri olan başqa mallar tezliklə qurtaracaq. Biz beynəlxalq donorları sürətli və səxavətli dəstək verməyə səsləyirik”, -  idarənin nümayəndəsi Yens Layerk deyib.

 

Təşkilatdan bildiriblər ki, əhalisi aclıq təhlükəsi ilə üzləşmiş Əfqanıstana kömək üçün 600 milyon dollar toplamaq lazımdır. Belə bəyanat Əfqanıstana yardım üzrə beynəlxalq konfrans ərəfəsində səslədirilib.

 

Bundan əvvəl ekspertlər qeyd ediblər ki, Əfqanıstan çox ciddi ərzaq qıtlığı qarşısındadır. Bu, həm ölkədəki qeyri-sabitlik, həm də məhsul azlığı ilə izah olunur. Belə şəraitdə ölkə xarici ərzaq yardımından çox asılı vəziyyətə düşəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat