Modern.az

Əşrəf Qani xalqdan üzr istədi

Əşrəf Qani xalqdan üzr istədi

8 Sentyabr 2021, 18:49

Əfqanıstanın sabiq prezidenti Əşrəf Qani ilk bəyanatını yayıb.

 

Modern.az-ın məlumatına görə, bəyanatı “Twitter” hesabında paylaşan sabiq prezident bildirib ki, Kabili tərk etməsi həyatının ən çətin qərarı olub.

 

O buna görə əfqan xalqından üzr istəyib.

 

Ə.Qani qeyd edib ki, həmin vaxt bu addımının silahların tətbiqinin qarşısını almaq üçün yeganə yol olduğu qənaətində olub və bu yolla Kabili, həmçinin onun 6 milyon sakinini xilas edib.

 

Xatırladaq ki, avqustun 15-də Taliban hərəkatının üzvləri Əfqanıstanın paytaxtı Kabili ələ keçirib. Prezident Əşrəf Qani ölkəni tərk etməyə məcbur olub. Taliban hakimiyyəti ələ aldıqdan sonra Əfqanıstan İslam Əmirliyinin yaradıldığını elan edib.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?