Modern.az

Gürcüstanda ictimai nəqliyyat fəaliyyətini bərpa edir

Gürcüstanda ictimai nəqliyyat fəaliyyətini bərpa edir

12 Sentyabr 2021, 13:51

Sabahdan etibarən Tbilisi də daxil olmaqla, Gürcüstanın böyük şəhərlərində ictimai nəqliyyat fəaliyyyətini bərpa edəcək.

 

Modern.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə müvafiq qərarı ölkənin Koordinasiya Şurası qəbul edib.

 

Şuranın qərarına görə, ölkədəki epidemoloji vəziyyətlə əlaqədar, hazırda digər məhdudiyyətlər qüvvədə qalmaqda davam edir.

 

Vətəndaşlar üçün açıq və qapalı məkanlarda maska taxmaq məcburidir. Bundan əlavə, müxtəlif tipli idman tədbirləri tamaşaçılar olmadan keçirilməyə davam edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat