Modern.az

Sükansız və pedalsız elektromobil istehsal olunacaq

Sükansız və pedalsız elektromobil istehsal olunacaq

12 Sentyabr 2021, 15:58

“Tesla” şirkətinin yeni modeli barədə bəzi məqamlar məlum olub.

 

Modern.az xəbər verir ki, şirkətin sahibi milyarder İlon Mask səhmdarların iclasında bu barədə açıqlamalar verib. 2023-cü ildə satışa çıxarılacaq yeni “Tesla” ekonom sinfinə aid olacaq.

 

Elektromobildə sükan və pedallar olmayacaq. O, yalnız avtopilot rejimində hərəkət edəcək. Yeni “Tesla” 25 min dollara satışa çıxarılacaq.

 

Ekonom sinfinə baxmayaraq, model daha tutumlu batareya ilə təchiz olunacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat