Modern.az

İti kanala atan şəxslə bağlı araşdırma başladı

İti kanala atan şəxslə bağlı araşdırma başladı

12 Sentyabr 2021, 16:16

Su kanalına atılan sahibsiz itə rəhmsiz münasibət göstərilməsilə bağlı sosial şəbəkədə yayılan görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılır.

 

Modern.az-ın məlumatına görə, xidmətin rəisi Hikmət Əlizadə bildirib ki, hazırda hadisənin harada baş verməsi və  təqsirkarların müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlərin görülməsi istiqamətində hüquq-mühafizə orqanları ilə birgə araşdırmalar aparılır.

 

Araşdırmaların nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat