Modern.az

Soçi görüşü öncəsi Putinlə Ərdoğan arasında GƏRGİNLİK

Soçi görüşü öncəsi Putinlə Ərdoğan arasında GƏRGİNLİK

22 Sentyabr 2021, 14:57

BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclasında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın çıxışı Kremldə narazılıq doğurub.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Putinin mətbuat katibi Dmitri Peskov Ərdoğanın Krımın Rusiya tərəfindən ilhaq olunmasını qəbul etmədiklərini söyləməsini təəssüflə qarşılayıb.

“Kreml Ərdoğanın Rusiyaya səfərə hazırlaşdığı məqamda Krımla bağlı dediklərindən təəssüflənir”-deyə Peskov söyləyib.

 

Xatırladaq ki, Ərdoğan sentyabrın 29-da Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat