Modern.az

Amerikalı general: “Əfqanıstandan geri çəkilmək nüfuzumuza xələl gətirdi”

Amerikalı general: “Əfqanıstandan geri çəkilmək nüfuzumuza xələl gətirdi”

28 Sentyabr 2021, 23:15

Əfqanıstandan geri çəkilmə prosesi ABŞ-ın nüfuzuna xələl gətirib.

 

Modern.az xəbər verir ki, bunu ABŞ-ın Baş Qərargah rəisi, general Mark Milli Senatın Silahlı Qüvvələr Komissiyasında senatorların suallarını cavablandırarkən deyib.

 

O, Əfqanıstandakı son hadisələrdən sonra “əl-Qaidə”nin 12 ay ərzində ölkənin yenidən təhdid edə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

 

Milli “Taliban”ın Əfqanıstanı bu qədər tez idarə edəcəyini əvvəlcədən düşünmədiyini də bildirib.

 

Baş Qərargah rəisi “Taliban” qruplaşmasının “əl-Qaidə” ilə əlaqəsi olan “terror təşkilatı” olaraq qaldığını qeyd edib.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat