Modern.az

BMT KXDR-in raket sınağından narahatdır

BMT KXDR-in raket sınağından narahatdır

Dünya

29 Sentyabr 2021, 21:00

BMT Şimali Koreyanın (KXDR) hipersəs sürətə malik raket buraxması ilə bağlı xəbərlərdən narahatdır.

 

Modern.az xəbər verir ki, bunu BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik bildirib

 

O qeyd edib ki, təşkilat Koreya yarımadasında diplomatik əməkdaşlıqdan yanadır.

 

Xatırladaq ki, Şimali Koreya sentyabrın 28-də ilk dəfə yeni “Huaseonq-8” adlı hipersəs sürətə malik raketi sınaqdan keçirib. Hipersəs raketlər atmosferin yuxarı qatında səs sürətindən 5 qat çox sürətə malik olan raketlərdir. Bu sürət raketin saatda təxminən 6200 kilometr məsafə qət etməsinə imkan verir.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat