Modern.az

“Boeing” Pentaqonla 23.8 milyard dollarlıq müqavilə imzaladı

“Boeing” Pentaqonla 23.8 milyard dollarlıq müqavilə imzaladı

Dünya

29 Sentyabr 2021, 23:53

ABŞ-ın aviasiya nəhəngi olan “Boeing” şirkəti ölkənin Müdafiə Nazirliyi (Pentaqon) ilə 23.8 milyard dollarlıq müqavilə imzalayıb.

 

Modern.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

 

Müqaviləyə əsasən, şirkət ABŞ Ordusunun C-17 “Globemaster III” nəqliyyat təyyarələrinə xidmət göstərəcək.

 

Şirkət 10 il ərzində ABŞ və tərəfdaşlarının istifadə etdiyi 275 təyyarərə mühəndislik və digər növ xidmətlər təqdim edəcək.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat