Modern.az

CAR da koronavirus qadağalarını yumşaldır

CAR da koronavirus qadağalarını yumşaldır

Dünya

1 Oktyabr 2021, 00:49

Cənubi Afrika Respublikasında (CAR) yeni növ koronavirusun (COVID-19) yayılmasının qarşısını almaq üçün tətbiq edilən qadağaların böyük hissəsi yumşaldılıb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkə prezidenti Kril Ramafosa xalqa müraciəti zamanı məlumat verib.

 

O bildirib ki, tədbirlərin yumşaldılmasına səbəb ölkədə yoluxma sayında müşahidə olunan azalmadır.

 

Bu qərar çərçivəsində əvvəllər 23.00-04.00 arasında qüvvədə olan komendant saatı artıq 00.00-04.00 arasında tətbiq ediləcək. İctimai yerlərdə maska taxmaq öhdəliyi davam edəcək.

 

Yeni tədbirlər gecə yarısından qüvvəyə minəcək.

 

CAR Səhiyyə Nazirliyinin məlumatlarına görə, son 24 saat ərzində ölkədə 1678 nəfər koronavirusa yoluxub və bununla da ümumi yoluxma sayı 2 milyon 902 min 672-yə çatıb.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir