Modern.az

İraqın şimalında 4 terrorçu zərərsizləşdirildi

İraqın şimalında 4 terrorçu zərərsizləşdirildi

Dünya

1 Oktyabr 2021, 19:11

Türkiyə İraqın şimalında PKK terror təşkilatının mövqələrinə aviazərbələr endirib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Zərbələr nəticəsində 4 terrorçu zərərsizləşdirilib. Əməliyyat zamanı yerli istehsal "Atak" helikopterlərindən də istifadə edilib.

 

Nazirlik bildirib ki, Türkiyə PKK-ya qurudan və havadan təsirli şəkildə zərbələr endirməyə davam edir.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir