Modern.az

BMT sülhməramlısı öldürüldü

BMT sülhməramlısı öldürüldü

Dünya

2 Oktyabr 2021, 22:58

Malidə kustar üsullarla hazırlanan partlayıcı qurğunun işə düşməsi nəticəsində BMT-nin sülhməramlısı ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə BMT Baş Katibinin Malidəki xüsusi nümayəndəsi Əl-Qassim Vane məlumat verib.

 

Qeyd olunur ki, Əlcəzair ilə sərhəd yaxınlığında baş verən hadisə nəticəsində daha üç sülhməramlı ağır yaralanıb.

 

Xüsusi nümayəndə sülhməramlıların hansı ölkədən olduğu barədə məlumat verməyib.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir