Modern.az

Xan: “Vaşinqton “Taliban”ı tanımağa məcbur olacaq”

Xan: “Vaşinqton “Taliban”ı tanımağa məcbur olacaq”

Dünya

3 Oktyabr 2021, 10:24

“Vaşinqton gec-tez “Taliban”ı tanımağa məcbur olacaq”.

 

Modern.az xəbər verir ki, bunu “TRT World”ə açıqlamasında Pakistan Baş naziri İmran Xan deyib.

 

O bildirib ki, beynəlxalq ictimaiyyət əfqan xalqına kömək etməsə, ölkədə humanitar böhran yaranacaq:

 

“Pakistanın təktərəfli olaraq “Taliban”ı tanımasının hər hansı bir təsiri olmayacaq. Əvvəlcə ABŞ, Avropa, Çin və Rusiya tanımalıdır”.

 

İ.Xan, demək olar ki, tamamilə xarici yardımdan asılı olan əfqan hökumətinə kömək edilməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir