Modern.az

Afrikada hücum: 14 ölü, 7 yaralı

Afrikada hücum: 14 ölü, 7 yaralı

Dünya

5 Oktyabr 2021, 00:20

Burkino Fasonun şimalında silahlılar ölkənin silahlı qüvvələrinə hücum edib.

 

Modern.az xəbər verir ki, bu barədə Burkino Faso hökuməti məlumat yayıb.

 

Silahlıların hücum nəticəsində Burkino Faso silahlı qüvvələrinin 14 hərbi qulluqçusu öldürülüb, 7-si yaralanıb.

 

Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib. İlkin ehtimala görə, hücumu İŞİD və “əl-Qaidə” terror təşkilatı ilə əlaqəli silahlılar həyata keçirib. Bu qruplaşmalar Afrikanın Sahel bölgəsində minlərlə insanın həyatına son qoyub, Burkina Faso, Mali və Nigerdə milyonlarla insanı didərgin salıb. Təkcə Burkina Fasoda baş verən şiddət nəticəsində təxminən 1,2 milyon insan köçkün vəziyyətinə düşüb.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir