Modern.az

Qazaxıstanda daha bir sursat anbarında partlayış

Qazaxıstanda daha bir sursat anbarında partlayış

Dünya

10 Oktyabr 2021, 19:10

Qazaxıstanın Jambıl vilayətindəki silah-sursat anbarında növbəti dəfə partlayış olub.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Qeyd edilir ki, hadisə yerli vaxtla saat 7:20-də baş verib.

 

“Hadisə zamanı ərazidə heç kim olmayıb. Bina və tikililərə ziyan dəyməyib. Bölgədə vəziyyət sabitdir”, - nazirliyin mətbuat xidməti bildirib.

 

Xatırladaq ki, bir müddət əvvəl eyni vilayətdə yerləşən hərbi hissədə anbarlardan birinin yaxınlığında yanğın, partlayışlar baş vermişdi.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə