Modern.az

Putin və Lukaşenko hərbi doktrinanı təsdiq edəcəklər

Putin və Lukaşenko hərbi doktrinanı təsdiq edəcəklər

3 Noyabr 2021, 22:17

Noyabrın 4-də Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko İttifaq Dövlətinin Ali Dövlət Şurasının iclasını keçirəcəklər.

 

Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

Görüş zamanı ölkələrin liderləri müttəfiq proqramları, yenilənmiş hərbi doktrina və miqrasiya siyasəti konsepsiyasını təsdiq etməyi planlaşdırırlar.

 

İttifaq dövlətinin hərbi doktrinasına yenidən baxılacağı faktı hələ aprel ayında Belarus Baş Qərargahının rəis müavini Pavel Muraveyko tərəfindən bildirilmişdi.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə