Modern.az

Şri-Lankadakı seldə 16 nəfər öldü

Şri-Lankadakı seldə 16 nəfər öldü

Dünya

10 Noyabr 2021, 19:34

Şri-Lankada bir həftədən çox davam edən leysan yağışlarından sonra daşqın və sel nəticəsində azı 16 nəfər həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə AP agentliyi məlumat yayıb.

 

Fəlakətlərə Yardım Mərkəzi 5000-dən çox insanın evlərini tərk etdiyini bildirib. Ölümlərin çoxu ildırım vurması və boğulma nəticəsində baş verib. Ən azı bir nəfərin itkin düşdüyü bildirilir.

 

Oktyabr və noyabr Şri Lankada musson mövsümüdür. Lakin bu il ölkənin əksər bölgələrində yağıntı normadan çox olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə