Modern.az

Vurulan Ukrayna təyyarəsi ilə bağlı məhkəmə

Vurulan Ukrayna təyyarəsi ilə bağlı məhkəmə

Dünya

21 Noyabr 2021, 19:56

İran tərəfindən vurulan Ukraynaya məxsus sərnişin təyyarəsi ilə bağlı açılmış cinayət işi üzrə ilk məhkəmə iclası keçirilib.

 

Modern.az xəbər verir ki, iclas Tehran Hərbi Məhkəməsində baş tutub.

 

Məhkəmə iclasında cinayət işi üzrə ittiham olunan 10 nəfər, şikayətçilər, həlak olanların ailələri və vəkillər iştirak edib.

 

Qeyd edək ki, 2020-ci ilin yanvar ayının əvvəllərində göyərtəsində 176 nəfər olan “Boeing 737-800” tipli təyyarə Tehran hava limanından havaya qalxandan bir neçə dəqiqə sonra raketlə ardıcıl iki dəfə vurulub.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə