Modern.az

Saakaşvilinin hazırkı vəziyyəti AÇIQLANDI

Saakaşvilinin hazırkı vəziyyəti AÇIQLANDI

23 Noyabr 2021, 00:18

“Son məlumatlara əsasən, Mixeil Saakaşvilinin vəziyyəti sabit və qənaətbəxşdir”.

 

Modern.az xəbər verir ki, bunu Gürcüstanın ədliyyə naziri Rati Breqadze “İmedi” telekanalının efirində deyib.

 

Nazirin sözlərinə görə, keçmiş prezidentin müalicəsi davam etdirilir: “Onun aclıqdan sonra qidalanması bərpa edilir və simptomatik müalicəsi aparılır”.

 

Breqadze qeyd edib ki, Ədliyyə Nazirliyi M.Saakaşvilini müalicə edən tibbi heyətlə daimi əlaqə saxlayır.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə