Modern.az

Malkolm İksin qızı öldü

Malkolm İksin qızı öldü

Dünya

24 Noyabr 2021, 23:21

ABŞ-da irqçiliklə mübarizənin simvollarından biri olan və 21 fevral 1965-ci ildə öldürülən Malkolm İksin qızı Məlikah Şahbaz dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, dünən axşam saat 17:00 radələrində 56 yaşlı Şahbazın cansız cəsədini qızı Nyu Yorkdakı evində tapıb.

 

“ABC” qəzetinə danışan polis məmuru ölümün “şübhəli” olmadığını bildirib.

 

Şahbaz Malcolm İksin altı qızından biri idi.

 

Amerikalı müsəlman siyasətçi və hüquq müdafiəçisi Malkolm İks Nyu-Yorkda keçirilənm mərasim ailəsinin gözü qarşısında öldürülüb. Sui-qəsdlə bağlı Məhəmməd Əziz və Halil İslamdan başqa Tomas Hoqan adlı üçüncü şəxs də ömürlük həbs cəzasına məhkum edilib.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə