Modern.az

İranın nüvə obyekti yaxınlığında PARTLAYIŞ

İranın nüvə obyekti yaxınlığında PARTLAYIŞ

4 Dekabr 2021, 22:59

İranın Natanz nüvə stansiyasının yaxınlığında güclü partlayış səsi eşidilib.

 

Modern.az xəbər verir ki, partlayışın səsini, eləcə də ətrafa saçan güclü işığı yerli sakinlər də görüb.

 

Partlayışın yaxınlıqdakı nüvə obyekti ilə heç bir əlaqəsi yoxdur.

 

IRNA agentliyi mənbəyə istinadən yazıb ki, hadisə nəticəsində itkilərin olmadığı qeyd edilir.

 

Partlayış hava hücumundan müdafiə sisteminin işə salınması nəticəsində baş verib.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə