Modern.az

Təbrizdə bina çökdü - Yaralılar var

Təbrizdə bina çökdü - Yaralılar var

21 Dekabr 2021, 23:14

İranın Təbriz şəhərində 5 mərtəbəli bina çöküb.

 

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 12 nəfər yaralanıb.

 

Şəhərin yerləşdiyi Şərqi Azərbaycan vilayətinin fövqəladə hallar idarəsinin direktoru Məhəmməd Baqir Hünərbərin sözlərinə görə, yaralılardan birinin vəziyyəti ağırdır.

 

Məlumata görə, hadisəyə səbəb 1-ci mərtəbədə qaynaq balonunun partlaması olub.

 

Sakinlərin təxliyə edildiyi bildirilir.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə