Modern.az

Malayziyada daşqın zamanı ölənlərin sayı artıb

Malayziyada daşqın zamanı ölənlərin sayı artıb

Dünya

26 Dekabr 2021, 20:15

Malayziyada son günlər baş verən güclü daşqınlarda həyatını itirənlərin sayı 47 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, yerli hüquq-mühafizə orqanları məlumat yayıb.

 

Bildirir ki, daha 5 nəfər itkin düşüb.

 

Ölkədəki daşqınlar səbəbindən evakuasiya edilənlərin sayı 32 934 nəfərə çatıb.

 

Daşqından ən çox zərəri Pahang əyaləti görüb. Burada 17 000-dən çox insan daşqından xilasetmə mərkəzlərinə təxliyə edilib, ikinci yerdə 15 mindən çox insanın təxliyə olunduğu Selangor əyaləti gəlir.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə