Modern.az

NATO-nun iclasında Qazaxıstan və Rusiya müzakirə edildi

NATO-nun iclasında Qazaxıstan və Rusiya müzakirə edildi

7 Yanvar 2022, 20:56

NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin iclası keçirilib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, iclasda Qazaxıstankı vəziyyət müzakirə edilib.

 

“NATO xarici işlər nazirləri Qazaxıstanda zorakılığın dayandırılmasını və vətəndaşların dinc etiraz hüququna hörmət edilməsini vacib hesab ediblər”, - deyə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

 

Görüş zamanı nazirlər NATO-Rusiya Şurasının yanvarın 12-də keçiriləcək iclası ərəfəsində Rusiya ilə münasibətlərdə dialoq, diplomatiya və deeskalasiyaya çağırıblar.

 

NATO ölkələri Rusiyaya qarşı Brüssel və Vaşinqtondan səslənən “Ukraynaya təcavüz” ittihamlar kontekstində birlik ifadə ediblər.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə