Modern.az

Ukrayna XİN başçısı və Blinken arasında telefon danışığı

Ukrayna XİN başçısı və Blinken arasında telefon danışığı

Dünya

12 Yanvar 2022, 00:38

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Tərəflər bazar ertəsi Cenevrədə ABŞ və Rusiya nümayəndə heyətləri arasında aparılan danışıqları müzakirə ediblər.

 

Danışıqlar zamanı, həmçinin, yanvarın 9-10-da Rusiya və ABŞ arasında Cenevrədə Moskvanın təhlükəsizlik zəmanətləri ilə bağlı təklifləri üzrə məsləhətləşmələrə, habelə Brüsseldə keçiriləcək Rusiya-NATO Şurasının iclası, Vyanada isə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı platformasında aparılacaq məsləhətləşmələrə də toxunulub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə