Modern.az

Gürcüstanın milli aviaşirkəti satışa çıxarıldı

Gürcüstanın milli aviaşirkəti satışa çıxarıldı

Dünya

17 Yanvar 2022, 20:22

Gürcüstanın "Georgian Airways" milli aviaşirkəti 150 milyon dollara satılır.

 

Modern.az "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, şirkətin 16 min sərnişinə və onlarla başqa şirkətə 176 milyon lari (56,8 milyon dollar) borcu var. 

 

"Georgian Airways"in müflis olduğu elan edilmişdi. 

 

Aviaşirkətin maliyyə böhranı ilə üzləşməsinə səbəb koronavirus və sərhədlərin bağlanması olub. Beləliklə də şirkət öz öhdəliklərini yerinə yetirə bilməyib.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə