Modern.az

\"NATO-nun genişlənməsi gündəmdə deyil\" - Kansler

\

23 Yanvar 2022, 19:13

Almaniya kansleri Olaf Şolz bildirib ki, o, NATO-nun genişlənməməsinə zəmanət verə bilməz.

 

Modern.az xəbər verir ki, kansler Şərqi Avropa ölkələrinin alyansa daxil olmasının “gündəmdə olmadığını” vurğulayıb.

 

“Yeni Şərqi Avropa ölkələrinin NATO-ya daxil olması hazırda heç də gündəmdə deyil. Niyə Rusiyadan bu tələb var? Belə bir zəmanət ola bilməz”, - deyə Şolz bildirib. 

 

O, həmçinin transatlantik müdafiə alyansının vacib olduğunu qeyd edib.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə