Modern.az

İran Türkiyəyə qaz tədarükünü bərpa etdi

İran Türkiyəyə qaz tədarükünü bərpa etdi

28 Yanvar 2022, 22:00

İran Türkiyəyə təbii qaz tədarükünü bərpa edib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin "Botaş" neft-qaz şirkəti məlumat yayıb.

 

İran tərəfdə qaz nəqli sistemində yaranan nasazlıq səbəbindən Gürbulak-Ağrı məntəqəsi vasitəsilə təbii qazın nəqli həyata keçirilə bilməyib. Hazırda İrandan sınaq məqsədilə məhdud şəkildə qaz tədarükü başlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə