Modern.az

Avropa çempionu özünü asdı

Avropa çempionu özünü asdı

28 Yanvar 2022, 23:16

Ukraynalı boksçu Volodimir Virçis intihar edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Milli Polisi məlumat yayıb.

 

48 yaşlı Virçisin cəsədi evinin yaxınlığında asılmış vəziyyətdə aşkarlanıb. Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.

 

Qeyd edək ki, 2007-ci ildə Avropa çempionu titulunu qazanan Volodimir Virçis peşəkar rinqdə 28 görüş keçirib. Bunlardan 21-i nokaut olmaqla, 26 qələbə qazanıb. Son günlər onun depressiv vəziyyətdə olduğu bildirilir. İntiharın da məhz bu səbəbdən baş verdiyi ehtimal edilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə