Modern.az

Tokayev dövlət katibinin səlahiyyətlərini genişləndirdi

Tokayev dövlət katibinin səlahiyyətlərini genişləndirdi

31 Yanvar 2022, 11:57

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev respublikanın dövlət katibinin səlahiyyətlərində dəyişiklik edilməsi barədə fərman imzalayıb.

 

Modern.az xəbər verir ki, bu barədə sənəd normativ hüquqi aktlar portalında dərc olunub.

 

Sərəncama əsasən, dövlət katibi əvvəlki funksiyaları ilə yanaşı, prezidentin tapşırığı ilə artıq siyasi partiyalarla münasibətlərdə öz maraqlarını təmsil edə, siyasi repressiya qurbanlarının tam reabilitasiyası üzrə dövlət komissiyasının fəaliyyətini əlaqələndirə bilər.

 

Qeyd edək ki, yanvarın 5-də Qazaxıstanın dövlət katibi vəzifəsinə əvvəllər dövlət başçısının köməkçisi işləmiş Yerlan Karin təyin edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə