Modern.az

Rəisi Tokayevlə danışıqlar apardı

Rəisi Tokayevlə danışıqlar apardı

2 Fevral 2022, 23:45

İran Prezidenti İbrahim Rəisi və Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.

 

Rəisi İrana dost və qardaş ölkə olan Qazaxıstanda sabitliyə çox önəm verdiyini və bölgədə sabitliyi dəstəklədiyini bildirib.

 

Qazaxıstan Prezidenti iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına önəm verdiyini vurğulayıb: “Ümid edirəm ki, iki ölkənin müştərək iqtisadi komissiyasının iclasında ikitərəfli əlaqələrimizin inkişafı üçün önəmli qərarlar qəbul olunacaq”.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə