Modern.az

Putin Makronla Ukraynanı müzakirə etdi

Putin Makronla Ukraynanı müzakirə etdi

4 Fevral 2022, 00:22

Rusiya Prezidenti Vladimir Putinlə Fransa lideri Emmanuel Makron arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

 

Dövlət başçıları Ukrayna məsələsini müzakirə ediblər. Prezidentlərin telefon danışığında həmçinin təhlükəsizlik təminatı məsələsi də diqqət mərkəzində olub.

 

Qeyd edək ki, bu, Rusiya və Fransa prezidentlərinin həftə ərzində üçüncü telefon danışığıdır. Təşəbbüs Fransa tərəfindən irəli sürülüb. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə