Modern.az

Putin Ərdoğan və xanımına şəfa arzuladı

Putin Ərdoğan və xanımına şəfa arzuladı

6 Fevral 2022, 19:14

Rusiya Prezidenti Vladimir Putin koronavirusun "Omicron" ştamına yoluxmuş türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan və xanımına şəfa diləyib, onların bu xəstəliyin öhdəsindən tezliklə gələ biləcəklərinə əmin olduğunu bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə Kremlin məbuat katibi məlumat yayıb.

 

"Əminəm ki, həyat enerjiniz və xoş əhval-ruhiyyəniz sizə ən qısa zamanda virusun öhdəsindən gəlməyə kömək edəcək. Hər ikinizə səmimi qəlbdən şəfa və uzun illər can sağlığı arzulayıram", - deyə məlumatda bildirilib.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə