Modern.az

Ərdoğan israilli həmkarı ilə danışdı

Ərdoğan israilli həmkarı ilə danışdı

6 Fevral 2022, 22:24

İsrail Prezidenti İsaak Hersoq və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.

 

Modern.az xəbər verir ki, bu barədə İsrail Prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

Dövlət başçıları tezliklə görüş imkanlarını müzakirə ediblər.

 

Qeyd edək ki, İsrail Prezidenti Türkiyəyə səfər edəcək. Səfərin martın ortalarında baş tutacağı gözlənilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir