Modern.az

Ermənistan Prezident Aparatından kütləvi İSTEFA

Ermənistan Prezident Aparatından kütləvi İSTEFA

Dünya

7 Fevral 2022, 10:30

Armen Sarkisyanın Ermənistan prezidenti postundan getməsindən sonra Prezident Aparatından xeyli sayda adam istefa ərizəsi yazıb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.


Belə ki, Prezidenti Aparatının rəhbəri E.Tarasyan (23 yanvar 2022-ci il), prezidentin müşavirləri R.Karapetyan (27.01.2022), A.Qiçyan (01.02.2022), Prezidentin köməkçisi T.İknoyan (31.01.2022) istefa verib.

Eyni zamanda, Aparatın texniki heyətindən 7 nəfər işçi də vəzifədən gedib. Bundan başqa, Aparatın bəzi işçilərinin də istefa verməyə hazırlaşdığı bildirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir