Modern.az

"Görüşün Vyanada keçirilməsini Ermənistan istədi" - Çavuşoğlu

Dünya

9 Fevral 2022, 00:47

"Görüşün Vyanada keçirilməsini Ermənistan istədi. İkinci görüşün Vyanada, ya da Cenevrədə keçirilməsinə dair təkliflə çıxış etdilər".

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanla dialoq üzrə növbəti görüşün niyə Vyanada keçirilməsinə münasibət bildirərkən deyib.

 

O qeyd edib ki, 2009-cu ildə Cenevrədə uğursuz proses olub, eyni vəziyyətin davamı olmasın deyə, Vyana təklifi qəbul olunub.

 

Qeyd edək ki, Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıç və Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan arasında ikinci görüş fevralın 24-də Vyanada keçiriləcək.

 

Xatırladaq ki, tərəflər arasında ilk görüş yanvarın 14-də Moskvada baş tutub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə