Modern.az

Bayden liderlərlə Ukraynanı müzakirə edəcək

Bayden liderlərlə Ukraynanı müzakirə edəcək

Dünya

11 Fevral 2022, 19:42

ABŞ prezidenti Co Bayden Avropa ölkələrinin liderləri və Kanadanın baş naziri ilə telefon danışığı aparacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

 

Telefon danışığında Kanadanın baş naziri, Fransa, Almaniya, İtaliya, Polşa, Rumıniya, Böyük Britaniya liderləri, o cümlədən NATO-nun baş katibi Yens Stoltenberq və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen iştirak edəcək.

 

Ağ Evdən bildirilib ki, söhbət zamanı Rusiyanın Ukrayna ətrafında hərbi qüvvələrini cəmləşdirməyə davam etməsi, diplomatiya və çəkindirmə üzrə işlərin koordinasiya olunması müzakirə ediləcək.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir