ABŞ Prezidenti Co Bayden milli təhlükəsizlik üzrə köməkçiləri ilə Rusiya və Ukrayna sərhədindəki vəziyyətlə bağlı görüş keçirib.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ administrasiyasının nümayəndələri Ukrayna ətrafında hazırkı böhranın “kritik səviyyəyə” çata biləcəyindən ehtiyat edirlər. Vaşinqton "Moskva ritorikasının" sərtləşdirilməsindən, habelə Rusiya hərbi gəmilərinin Qara dənizə daxil olmasından və hərbi texnikanın Belarusa ötürülməsindən narahatdır.
Akif İsmayılov