Modern.az

Ukrayna Rusiyaya iki gün vaxt verdi

Ukrayna Rusiyaya iki gün vaxt verdi

Dünya

11 Fevral 2022, 21:09

Ukrayna ölkə ərazisinə bitişik yerlərdə hərbi fəaliyyətlə bağlı ətraflı izahat verməsi üçün Rusiyaya müraciət edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba özünün "Twitter" səhifəsində yazıb. 

 

Nazir qeyd edib ki, Ukrayna Vyana Sənədinin III Bölməsinə uyğun olaraq təhlükənin azaldılması mexanizmini rəsmi şəkildə tətbiq edib və Rusiya Federasiyasından ölkə ərazisinə bitişik ərazilərdə hərbi fəaliyyətlə bağlı ətraflı izahat verməsini xahiş edib.

 

"Vyana Sənədinin müddəalarına uyğun olaraq, Rusiya Federasiyası hərbi fəaliyyətin dəqiq sahələrini göstərməli, onun tamamlanma tarixlərini, habelə hərbi birləşmələrin adını, tabeliyini, sayını, silah və hərbi texnikanın növlərini göstərməlidir. Rusiyanın cavab verməsi üçün 48 saat vaxtı var”, - deyə nazir vurğulayıb.

 

Kuleba qeyd edib ki, qeyri-kafi və ya uyğun olmayan məlumat verilsə, Ukrayna fövqəladə iclas çağırmaq üçün Vyana Sənədinin digər üzv dövlətlərinə müraciət edəcək və bu iclasda Rusiya məsələlərə aydınlıq gətirməli olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir