Modern.az

Kommunistlərin lideri xəstəxanaya yerləşdirildi

Kommunistlərin lideri xəstəxanaya yerləşdirildi

Dünya

11 Fevral 2022, 21:50

Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov xəstəxanaya yerləşdirilib.

 

Modern.az xəbər verir ki, bu barədə partiyanın mətbuat katibi Aleksandr Yuşşenko “İnterfaks”a açıqlamasında bildirib.

 

Məlumata görə, bu qərar epidemioloji vəziyyət, eləcə də siyasətçinin son illər ərzində keçirdiyi operativ tibbi müdaxilələr nəzərə alınaraq qəbul edilib.

 

Yuşşenko bildirib ki, Züqanov həkimlərin məsləhəti ilə preventiv şəkildə xəstəxanaya yerləşdirilib: "Çünki o işlə bağlı bir çox insanlarla təmasda olur, bundan başqa, son zamanlar onda soyuqdəymə əlamətləri olub".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir