Türkiyənin İstanbul şəhərində güclü yanğın olub.
Modern.az xəbər verir ki, hadisə Güngören rayonunda baş verib.
İstanbul Valiliyindən bildirilib ki, sexdə qeydə alınan yanğın zamanı dörd işçi zəhərlənərək ölüb, daha 6 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Həlak olan şəxslərin xarici ölkə vətəndaşları olduğu müəyyənləşib.
Qeyd edilib ki, yanğın olan binada tekstil materialları istehsal edilir.