ABŞ Prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Ukraynadakı bütün amerikalıları bu ölkəni dərhal tərk etməyə çağırıb.
Modern.az xəbər verir ki, bu barədə o, Ağ Evdə keçirilən brifinqdə danışıb.
"Biz bu məsələdə aydın olmaq istəyirik. İstənilən amerikalı mümkün qədər tez və istənilən halda, yaxın 48 saat ərzində Ukraynanı tərk etməlidir", - deyə Sallivan bildirib.
O qeyd edib ki, gələcəyi proqnozlaşdırmaq olmur.
"Nə baş verəcəyini dəqiq bilmirik, lakin indi risk kifayət qədər yüksəkdir və təhlükə kifayət qədər anidir", - deyə müşavir vurğulayıb.