Modern.az

İsveçdən NATO-ya rədd cavabı: İstəmirik!

İsveçdən NATO-ya rədd cavabı: İstəmirik!

12 Fevral 2022, 18:00

İsveçin xarici işlər naziri Karin Valensten Ukrayna ətrafındakı vəziyyətin ölkəsinin NATO-ya üzvlüklə bağlı mövqeyinə təsir etmədiyini və alyansa qoşulmaq istəmədiklərini bildirib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, nazir eyni zamanda, Stokholmun bu blokla əməkdaşlığa tərəfdar olduğunu qeyd edib.

 

Karin Valensten deyib ki, belə vəziyyətdə sabitlik olduqca vacibdir. 

 

"Bizim təhlükəsizlik siyasətimiz aydındır. Biz NATO-nun yaxşı və güclü tərəfdaşı olmaq istəyirik, lakin alyansa qoşulmaq niyyətində deyilik”.

 

Turqay Musayev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat