Modern.az

Lukaşenko və Putin arasında Ukrayna müzakirəsi

Lukaşenko və Putin arasında Ukrayna müzakirəsi

12 Fevral 2022, 23:31

Rusiya Prezidenti Vladimir Putin və Belarus lideri Aleksandr Lukaşenko arasında telefon danışığı baş tutub.

 

Modern.az xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.

 

Tərəflər Ukrayna ətrafındakı vəziyyət müzakirə ediblər.

 

“Dövlət başçıları beynəlxalq münasibətlər məsələlərini, o cümlədən Ukrayna ətrafındakı vəziyyəti, qarşıdan gələn görüş və danışıqların cədvəlini müzakirə ediblər”, - deyə məlumatda qeyd olunur.

 

Bundan əvvəl Kremlin mətbuat xidməti bildirib ki, Putin və Lukaşenko söhbət zamanı ABŞ və NATO-nun Rusiyanın təhlükəsizlik təminatları təkliflərinə cavabını müzakirə ediblər.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat